"Qaradağ" yatağında yeni quyu istismara verildi

"Qaradağ" yatağında yeni quyu istismara verildi

"Qaradağ" yatağındakı 476 nömrəli quyu təmirdən sonra istismara verilib. SİA ARDNŞ-nə istinadən xəbər verir ki, məhsuldar qatın VII horizontunda 3379-3331 metr intervalda süzgəci açılmış quyuya sutkada 275000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.

Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə