“Brent” markalı neftin bir barelinin qiyməti 150 dolları ötə bilər

“Brent” markalı neftin bir barelinin qiyməti 150 dolları ötə bilər

Avropanın köklü maliyyə qurumu olan Fransanın "Societe General" bankının may ayına olan hesabatına görə, İraqda yaşanan gərginliyin təsiri ilə "Brent" markalı neftin bir barelinin qiyməti 150 dolları ötə bilər.

Türkiyənin haberler.com saytı xəbər verir ki, İraqın cənubundakı əsas neft sahələrində davam edən qarşıdurmalar bu ölkənin gündəlik 2,6 milyon barel neft ixracatına da təsir göstərəcəkdir. Baş verən proseslər nəticəsində yaranan problemi aradan qaldırmaq məqsədilə Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr tərəfindən bazara koordinasiyalı şəkildə neft çıxarılacaqdır. Səudiyyə Ərəbistanı da, bazardakı neft çatışmazlığının təsirini azaltmaq üçün satışı artıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə