Sahibkarlar Ümumdünya İslam Ticarət Sərgisinə dəvət olunurlar

Sentyabrın 11-13-də Ankarada Ümumdünya İslam Ticarət Sərgisi keçiriləcək. SİA-nın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, sərginin təşkilatçısı İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT).

Tədbirdə informasiya və kommunikasiya texnologiyaları, elektron xidmətlər, təhsil, tibb, turizm, bank biznesi, ərzaq və tekstil sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Azərbaycan sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvət olunurlar.

Əlavə məlumatı IMEX-2014 sərgisinin təşkilat komitəsindən əldə etmək olar.

Teleüfon: +90 312 447 46 45

Faks: +90 312 448 03 22

Bütün xəbərlər Facebook səhifəmizdə