Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

İyunun 12-də Lənkəran rayonunun Kənarmeşə kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, "Cənub regionunda turizmin inkişaf perspektivləri", "Biznes planların və investisiya layihələrinin hazırlanması", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqdə turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, turistlərin qarşılanmasının, yerləşdirilməsinin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması, biznes planın və biznes ideyanın yaradılması, istehsalat planı barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan əlavə, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilmişdir.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə