Azərbaycanla Dünya Bankı arasında kənd təsərrüfatı ilə bağlı layihə həyata keçiriləcək FOTOLAR
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi "Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətin Gücləndirilməsi Layihəsi"nin imzalanması olub.
Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov Layihənin əhəmiyyətindən danışaraq bu layihənin cənab Prezident tərəfindən aqrar sahənin inkişafı ilə bağlı imzalanmış son iki fərman və sərəncamda qarşıya qoyduğu hədəflərə uyğun olduğunu qeyd edib. Nazir bu layihənin ən uğurli layihə olacağına ümidvar olduğunu vurğulayaraq, aqrobiznes/ərzaq emalı texnologiyalarının təkmilləşdirilməsi və istehsalının artırılması, bitki mühafizəsi və baytarlıq xidmətinin təkmilləşdirilməsi və modernizasiya olunması məqsədilə aqrobiznes/ərzaq emalı sənayesinin maliyyələşdirməyə çıxışını təmin edərək bu sahənin daha da inkişafına kömək edəcəyini, həmçinin kənd təsərrüfatı mallarının marketinq zəncirlərinin fəaliyyətlərində əsas maneələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlər vasitəsilə seçilən yüksək dəyər zəncirlərinin inkişaf etdirilməsinə təkan verəcəyini, eyni zamanda layihənin həm dövlət həm də özəl sektor üçün ərzaq təhlükəsizliyi üzrə imkanların gücləndirilməsi proqramını dəstəkləyəcəyini qeyd edib.
Təklif olunan layihə aqro-ərzaq dəyər zəncirinin təkmilləşdirilməsi vasitəsilə rəqabətli kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləməklə öz töhfəsini verəcək.
Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko qeyd olunan layihənin aqrar sahənin inkişafına öz töhfəsini verəcəyini bildirərək, layihənin uğurla həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini qeyd edib.
Sonda "Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətin Gücləndirilməsi Layihəsi"nin imzalanma mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB