Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsinin (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasının qarşısı) asfalt-beton örtüyü yeniləndiyi üçün iyunun 10-da saat 23-dən etibarən yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.
"Azəryolservis" ASC-dən bildirmişlər ki, sürücülər alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB