Bakı Metropoliteninin üçüncü xətti üçün

Bakı Metropoliteninin üçüncü xətti üçün

Bakı Metropoliteninin üçüncü xəttinin ("Bənövşəyi xətt") inşası çərçivəsində yeni elektrik deposu tikiləcəkdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirmişlər ki, "Bənövşəyi xətt"in yeni deposu "Xocasən" adlanacaqdır. Depo üçün nəzərdə tutulan ərazidə tikintiyə hazırlıq işləri başa çatmaq üzrədir. Yaxın vaxtlarda deponun tikintisinə başlanılması planlaşdırılır.

Məlumatda, həmçinin qeyd edilir ki, "Dərnəgül" deposunun ərazisində də tikinti işləri aparılacaqdır. Burada inzibati binalar, kommunikasiya xətləri və perron tikilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə