Azərbaycanda mobil qurğular bazarında sürətli artım qeydə alınıb
Azərbaycanda "Global Stats" statistika mərkəzinin hesabatına əsasən, son bir il ərzində daşınan (portativ) kompüter bazarının həcmi iki dəfədən çox artıb. SİA-nın xəbərinə görə, iyun ayının əvvəlinə olan məlumata əsasən, mobil kompüter bazarının payı 28,91 % təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın bu seqmenti 54,13%, bu il ərzində isə ölkədə portativ kompüterlərin (noutbuklar, netbuklar) bazar payının 11,82% artımı müşahidə olunur.
Planşet kompüterlər bu reytinqdə 4,84% pay ilə üçüncü yeri tuturlar. Bu ilin yanvar-may aylarında bazarın sözügedən seqmentinin artımı 16,94% təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə planşet qurğular seqmenti 39,9% artıb.
Stasionar fərdi kompüter bazarının payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azalaraq 66,25% təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB