Azərbaycanda son bir ildə innovasiya sahəsində böyük irəliləyiş vardır və bu işə maraq müşahidə olunur. Bu barədə "Etohum"un rəhbəri Burak Büyükdemir "Etohum"un Bakı toplantısında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması çox böyük önəm kəsb edir. Dövlətin bu sahəyə olan diqqəti və dəstəyi ilə yaxın 5-6 ildə Azərbaycanda innovasiyaların inkişafı sahəsində nailiyyətlər əldə olunacaqdır. Azərbaycan ilə Türkiyə sərmayədarları qarşılıqlı innovasiya yatırımları həyata keçirə bilərlər ki, bu da gələcəkdə hər iki ölkənin innovativ irəliləyişinə təkan verəcəkdir. Gələcəkdə yerli bazarda, həmçinin elektron ticarət sahəsində sahibkarlıq geniş inkişaf edəcəkdir. Növbəti "Etohum" toplantısının regional səviyyədə keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB