Azərbaycanın sığorta- pensiya sistemi Türkiyədə müzakirə edilib

Azərbaycanın sığorta- pensiya sistemi Türkiyədə müzakirə edilib

İstanbul (Türkiyə) şəhərində Dünya Bankının təşkilatçılığı ilə "İnformasiya sistemlərinin idarə edilməsi və sosial müdafiə proqramlarının modernləşdirilməsi" mövzusunda Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Forum keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, forumda Azərbaycan Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DSMF-nin əməkdaşları iştirak edib.

Forumun gedişində region ölkələrinin sığorta-pensiya sistemlərində informasiya kommunikasiya texnologiyalarının tətbiqi, mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsi və bu kimi digər məsələlər üzrə müxtəlif ölkələrin təcrübəsi, nailiyyətləri və problemləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb.

Forumda DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Azərbaycanın sığorta-pensiya sisteminin informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarə olunması mövzusunda təqdimatla çıxış edib. Azərbaycanın sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə təcrübəsi tədbir iştirakçılarında böyük maraq doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə