“AtaTravel” tələbələr üçün “Karyerada planlaşdırma” təlimi keçirəcək
24 may 2014-cü il "AtaTravel" MMC "Excelsior Hotel Baku" otelinin "Bodrum" zalında turizm sahəsində təhsil alan ali təhsil müəssisələrinin 4-cü kurs tələbələri üçün "Karyerada Planlaşdırma" mövzusunda təlim keçirəcək. Təlimdə iştirak etmək istəyən tələbələr CV-lərini və tələbə kitabçalarının surətini [email protected]
"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı qeyd etdi ki, bu təlimin keçirilməsində məqsəd turizm sahəsində təhsil alan tələbələrin gələcəkdə işə düzəlməsinə kömək etməkdir. Biz istəyirik ki, Azərbaycanın turizm sektoruna dünya standartalarının tələblərinə uyğun olan mümkün qədər çox bilikli, təşəbbüskar, istedadlı tələbələr cəlb edilsin. Təlim Korporativ Sosial Məsuliyyət çərçivəsində keçiriləcək.
Qeyd edək ki, "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və Azərbaycanın ən tanınmış holdinqlərdən biri olan, iqtisadiyyatın ayrı-ayrı sektorlarında böyük uğurlara imza atan "AtaHolding" şirkətlər qrupunun törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması və viza xidmətləri göstərir. Səyahət sığortası "AtaSığorta" ASC tərəfindən verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB