Bu gün Xətaidə qaz məhdudiyyəti olacaq

Bu gün Xətaidə qaz məhdudiyyəti olacaq

Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Xətai rayonu Xocalı prospektindən keçən 273 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin istismara yararsız 1100 p/m hissəsinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş 315 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar işlər başa çatanadək Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə