Ötən ay Ceyhan limanından 2 milyon tondan çox xam neft ixrac edib

Ötən ay Ceyhan limanından 2 milyon tondan çox xam neft ixrac edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin aprel ayında Novorossiysk limanından 84 min 482 ton, Supsa limanından 242 min 35 ton, Ceyhan limanından 2 milyon 86 min 186 ton xam neft ixrac edib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, ümumilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 338 min 812 ton, Supsa limanından 1 milyon 49 min 219 ton, Ceyhan limanından isə 6 milyon 781 min 159 ton xam neft ixrac edilib.

Aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 107,63 dollara, Urals nefti - 106,84 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 109,74 dollara satılıb.

Qeyd edək ki, ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə