Aydın Əliyev: "Gömrük şəffaflığı indeksinə görə, Azərbaycan 39-cu yeri tutur"

Aydın Əliyev: "Gömrük şəffaflığı indeksinə görə, Azərbaycan 39-cu yeri tutur"

"Gömrük şəffaflığı indeksinə görə, Azərbaycan hazırda 138 ölkə arasında 39-cu yeri tutub". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bu gömrük işində böyük irəliləyişin əldə olunması deməkdir: "Burada onunla bağlıdır ki, artıq gömrük ödənişləri kart sistemi vasitəsilə həyata keçirilir. Həmçinin elektron hökumətin və "Asan xidmət"-in fəaliyyətin bu şəffaflığın təmin olunmasında böyük rol oynayıb. Bundan sonra da, məsələ ilə bağlı gömrük sistemində daha modern üsullar tətbiqi olunacaq".

Qeyd edək ki, bu gün Caspian European Club-na (CEIBC) üzv olan şirkətlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşü keçirilib. Tədbirdə çıxış edən Aydın Əliyev gömrük sahəsində ötən bir il ərzində əldə olunan yeniliklər, Gömrük məcəlləsinə edilən dəyişikliklər, tətbiq olunan yeni qaydalar barədə məlumat verib.

Daha sonra tədbir mətbuata qapalı şəkildə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə