Yeni yol 2015-ci ildə istifadəyə veriləcək FOTO

Yeni yol 2015-ci ildə istifadəyə veriləcək FOTO

Bakının Nobel prospektinə paralel 8 zolaqlı yeni avtomobil yolunun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda yolun inşası davam edir: "Avtomobil yolunun uzunluğu 2200 metr təşkil edəcək. Yol boyu 3 piyada keçidinin tikintisi də planlaşdırılır. Piyada keçidlərindən ikisi iki giriş-çıxışlı, biri isə üç giriş çıxışlı olacaq: "Piyada keçidlərinin hər giriş-çıxışında ekskalatorlar quraşdırılacaq. Piyada keçidlərinin birində əsas işlər yekunlaşıb, digər iki piyada keçidində işlərin 60 faizi görülüb. Hazırda tikinti işləri davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə