Bakının girişində 5 bağlantı yolu tikilir FOTO

Bakının girişində 5 bağlantı yolu tikilir FOTO

Bakı-Ələt yolunun 4-6 km-liyində (Bayıl dairəsi – Bibiheybət arasında olan ərazi) yeni bağlantıların və piyada keçidinin tikintisi aparılır. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə həmin ərazidə 5 bağlantının olması nəzərdə tutulub: "Onların uzunluğu 5 711 m təşkil edəcək. "Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq. Yeni yaradılacaq bağlantıların üçü vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Həmin ərazidə eyni zamanda bir neçə gündür yeni yeraltı piyada keçidinin tikintisi aparılır. Keçidin uzunluğu 100 metr, eni 8 metrdir, hündürlüyü isə 4 metr təşkil edəcək".

Qeyd edək ki, hazırda suvay vurma, eyni zamanda ərazidə kommunikasiya xətlərinin köçürülməsi işləri gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə