“Azərbaycan və Türkiyə Avropa İttifaqına qaz kəməri çəkəcəklər”
Gürcüstandakı "Novosti Qruzii" agentliyinin yaydığı "Azərbaycan və Türkiyə Avropa İttifaqına qaz kəməri çəkəcəklər" sərlövhəli informasiyada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə iki qardaş ölkənin həyata keçirdiyi Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisinin sürətləndirilməsi ilə bağlı danışıqlar apardığı vurğulanıb. Yazıda tərəflərin layihənin 2018-ci ildə işə düşəcəyi barədə fikirləri də yer alıb.
Xəbərdə, qaz boru kəməri vasitəsilə Azərbaycan qazının Türkiyədən keçməklə avropalı istehlakçılara çatdırılmasının planlaşdırıldığı vurğulanıb.
Yazıda həmçinin Prezident İlham Əliyevin yaxın 7-8 il ərzində Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollar sərmayə yatıracağı barədə bəyanatı da diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB