Araz Ağayev: "Məsələ media tərəfindən düzgün işıqlandırılmır" ETİRAZ

Araz Ağayev: "Məsələ media tərəfindən düzgün işıqlandırılmır" ETİRAZ

"Bakı şəhəri və Abşeron rayonu üzrə Qaz İstismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək. Əvəzində isə Təmir-Tikinti İdarəsinin nəzdində mərkəzləşdirilmiş Qəza və Təmir-Bərpa Xidməti yaradılacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.

Mayın 15-dən etibarən reallaşdırılması gözlənilən hadisənin bəzi mətbuat strukturları tərəfindən başqa istiqamətdə işıqlandırıldığını bildirən rəsmi qeyd edib ki, bu sadəcə "Azəriqaz" İstehsalat Birliyinin (İB) strukturunda ediləcək dəyişiklikdir: "Yeni yaradılacaq xidmətin əsas vəzifəsi xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılmasıdır".

Yeni strukturun yaradılması birliyin tərkibində xeyli sayda ixtisarlara və qaz istismar sahələrinin əməkdaşlarının işdən çıxarılması məsələsinə aydınlıq gətirən Araz Ağayev bildirib ki, hələlik ixtisara düşəcək işçilərin sayı məlum deyil: "Belə ki, məsələ ilə bağlı yeni təşkilati işlər aparılır. Nə qədər adamın ixtisar olunacağı da məhz bu tədbirlərdən sonra məlum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə