Səfir: "Gələcəkdə Azərbaycandan Argentinaya birbaşa aviareyslər açılacaq"

Səfir: "Gələcəkdə Azərbaycandan Argentinaya birbaşa aviareyslər açılacaq"

Argentina Respublikasının Azərbaycandakı səfiri iki ölkə arasında aviareyslərin açılmasına münasibət bildirib. SİA-nın xəbərinə görə, səfir Karlos Dante Riva jurnalistlərə açıqlamasında deyib ki, hazırda Azərbaycandan Argentinaya getmək və əks istiqamətdə qayıtmaq üçün Türkiyə, Fransa, Böyük Britaniya və Qatarın hava yollarından istifadə olunur: "İki ölkə arasında hava nəqliyyatının hərəkəti üzrə müqavilə yoxdur. Lakin ümid edirik ki, gələcəkdə əlaqələr yarandıqca, turizm sahəsi inkişaf etdikcə Azərbaycandan Argentinaya və əks istiqamətdə birbaşa hava nəqliyyatının hərəkəti reallaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə