Regionlarda qazın verilməsində məhdudiyyət olacaq

Regionlarda qazın verilməsində məhdudiyyət olacaq

Bu gün saat 17:00-dək Tərtər rayonuna, Ağdam və Bərdə rayonlarının bir hissəsinə, Yevlax rayonunun Kövər kəndinə, saat 12:00-dan 16:00-dək isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, buna səbəb "Yevlax-Naxçıvan" və "Astara-Qazıməmməd" magistral qaz kəmərlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi ilə əlaqədar görülən işlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə