Bəhramtəpə-Biləsuvar avtomobil yolu təmir olunacaq

Bəhramtəpə-Biləsuvar avtomobil yolu təmir olunacaq

"Yaxın vaxtlarda Bəhramtəpə-Biləsuvar avtomobil yolunun təmirinə başlanacaq. Üçüncü texniki dərəcəli olan bu avtomobil yolunun yenidən qurulmasına dair layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Bəhramtəpə-Biləsuvar avtomobil yolu Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 115 km-dən başlayır və Biləsuvar şəhərində başa çatır: "Bu yol Mingəçevir-stansiya, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun davamı kimi respublikanın cənub-qərb bölgəsini şimal bölgəsi ilə əlaqələndirən əsas yoldur. Aidiyyəti sənədləşmə işləri, texniki proseduralar başa çatdıqdan sonra yolun qurulmasına başlanılacaq. Yolun uzunluğu 62 km təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə