Magistral neft kəmərləri ilə 7,9 milyon ton neft nəql edilib

Magistral neft kəmərləri ilə 7,9 milyon ton neft nəql edilib

Cari ilin yanvar-fevral aylarında Azərbaycan ərazisindəki magistral kəmərlərlə 7,9 milyon ton neft nəql edilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, nəqletmənin dörddəüç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri (BTC) ilə həyata keçirilib. Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 5,6 milyon ton neft ötürülmüşdür.

Bu dövrdə Səngəçal terminalından BTC kəməri ilə 938,4 min ton tranzit Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə