Neft ucuzlaşıb

Martın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,81 dollar və ya 0,8% azalaraq 1 barelə görə 98,08 dollar olub. SİA-nın xəbərinə görə, martın 17-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,03 dollar və ya 0,03% azalaraq 108,54 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə