Azərbaycanda illik inflyasiya 2,1% olub

Azərbaycanda illik inflyasiya 2,1% olub

Azərbaycanda yanvar-fevral aylarında illik inflyasiya 2,1% olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu ilin ilk iki ayında ərzaq məhsullarının qiymətləri 2,4%, qeyri-ərzaq mallarının qiymətləri 3,5%, xidmət tarifləri 0,2% artıb.

Ötən ay yanvar ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8% bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə yanvar ayının səviyyəsində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə