Azər Badamov: "Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək"

Azər Badamov: "Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək"

"Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılıb, dövlət idarəçiliyi sistemi müasir meyarlara uyğunlaşdırılıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi səviyyəsində qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir: "Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşıda duran məqsədlərə daha yüksək səviyyədə nail olmaqdan ibarətdir. Buna nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir. Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və digər sahələrdəki, uğurlar davamlı xarakter daşımaqdadır. Dövlətimiz uzunmüddətli proqramlar həyata keçirir. Bunlardan biri də regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqamıdır. Hesab edirəm ki, "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası isə daha uzun illəri əhatə edəcək. Bu konsepsiyada ölkəmizin 2020-ci ilə qədər müəyyənləşdirdiyi hədəf və istiqamətlə yanaşı, inkişafı da nəzərdə tutulur. Qeyd edim ki, Azərbaycan 2020-ci ilə qədər dünyanın ən inkişaf etmiş ölkəsinə çevriləcək və Azərbaycan bu konsepsiyada qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə