Yanvar-fevral aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 milyard manatlıq əmtəə satılıb. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, istehlak mallarının 1,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq malları təşkil edib. Satılan qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.
Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 34,5 faiz artaraq 452,5 min manata çatıb. Əhali onlayn rejimlə sifariş verdiyi istehlak mallarının 82,2 faizini hüquqi, 17,8 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,7 faizi qeyri-ərzaq mallarının payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB