Sahibkarların nəzərinə ELAN

Bu ilin payızında Çində VI "Ekspo Çin-Avrasiya" beynəlxalq sərgisi keçiriləcək. İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən xəbərə görə, sərgi sentyabrın 2-7-də Urumçi şəhərində baş tutacaq. Sərgidə Çində, eləcə də Avropa və Asiya ölkələrində istehsal olunan mal və məhsullar, həmçinin yeni investisiya layihələri təqdim ediləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da sərgidə iştiraka dəvət olunur. Sərgidə iştirak və ya şirkətini təmsil etmək istəyənlər İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə