"Cari ilin fevral ayında 652,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib". "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Bəxşəliyev SİA-ya açıqlamasında bildirib ki, 2014-cü ilin ötən 2 ayı ərzində stansiyada 1 milyard 352,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib: "Azərbaycan İstilik Elektrik Stansiyasının normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq son üç ay ərzində stansiyanın avadanlıqlarında əsaslı təmir, eyni zamanda tikinti işləri də davam etdirilib. İki enerji blokunda əsaslı, ikisində orta, digər enerji bloklarında isə planlı cari təmir, 500 kV-lik açıq paylaşdırıcı quruluşlu hava açarlarının yeni eleqaz açarları ilə dəyişdirilməsi də nəzərdə tutulub. Müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır, yanğına qarşı əks-qəza məşqləri keçirilir".
Qeyd edək ki, 2013-cü ildə stansiyada 7 milyard 633,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB