Neft ucuzlaşıb

Martın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,46 dollar və ya 1,5% azalaraq 1 barelə görə 101,12 dollar olub. SİA-nın məlumatına görə, martın 10-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,92 dollar və ya 0,8% azalaraq 108,08 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə