Elmira Axundova: "Valideynlər qızlarının təhsil almasına ciddi yanaşmalıdır"

Elmira Axundova: "Valideynlər qızlarının təhsil almasına ciddi yanaşmalıdır"

"Qızları erkən nigaha məcbur edənlər cinayət məsulliyyətinə cəlb olunacaq və həmin insanlara qarşı cərimələr tətbiq ediləcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, problemin kökündə o dayanır ki, bizim bir sıra rayonlarımızın kəndlərinin bəzilərində qız uşaqlarının orta və ali təhsil məsələsinə valideynlər gözucu baxırlar: "Belə ki, əksər hallarda valideynlər qızlarının təhsil almasını lüzum görmürlər, Həmin kəndlərdə qız uşaqlarına qarşı hər hansı fiziki zorakılıqdan çox, güclü psixi-mənəvi təzyiqlər göstərirlər. Əlbəttə ki, bu da zorakılığın bir növüdür. 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul olunub. Eyni zamanda həmin ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahəyə dövlətimizin xüsusi diqqətinin nümunəsidir: "Ümumiyyətlə, Konstitusiyamızda bu məsələlərlə bağlı qanunlar geniş əks olunub".

Elmira Axundova onu da qeyd edib ki, erkən nigahların qarşısını almaq üçün cəmiyyət içərisində təbliğat güclü olmalıdır: "Cəmiyyət özü bu məsələyə hər zaman ciddi yanaşmalı və bir təpki göstərməlidir. Sosial roliklər düzəldilməli, maarifləndirmə tədbirləri görülməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə