İlham Şaban: "2014-cü ildə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşdırılması gözlənilir"
"Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın xüsusi önəm verdiyi beynəlxalq layihələrdən biridir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətlərinin diqqət mərkəzindədir: "2014-cü ildə Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə bağlı layihənin reallaşdırılması gözlənilir. Bu, hər üç ölkənin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Eyni zamanda, İranla Azərbaycan arasında dəmiryol xətti də çəkilə bilər. Belə bir dəmiryolu çəkilərsə vəsaitin hansı dövlətin ödəyəcəyi məsələsi düşünülməlidir. Sovet dövründə belə bir dəmiryolu var idi. Lakin Azərbaycan torpaqlarının zəbt edilməsi, ermənilərin işğalçılıq siyasəti nəticəsində həmin dəmiryolu yarasız vəziyyətə düşüb. İndi isə həmin dəmiryolunun yenidən işə salınması mümkün deyil. Lakin belə bir dəmiryolu çəkilərsə iqtisadi baxımdan olduqca əlverişli olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB