Qanun pozuntusuna yol vermiş fiziki şəxs barəsində tədbirlər görülür
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Cəvriyyə Babayevaya məxsus mağazada apardığı yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması hallarını müəyyənləşdirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mağazanın pəncərəsində "50 faiz endirim" məzmunlu reklam yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanıb.
Dövlət xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB