"MB-in məhdudiyyətləri mənzil bazarında qiymətləri ucuzlaşdırmayacaq" Ekspert
"Bakıda mənzillərin kreditlə satış şərtləri ağırlaşdırılıbsa və müəyyən məhdudiyyətlər qoyulubsa, bu, mənzil bazarına öz mənfi təsirini göstərəcək. Mərkəzi Bankın tətbiq etdiyi qaydalarla mənzil bazarında aktivlik azalacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.
Onun sözlərinə görə, bu azalmanı müəyyən etmək üçün əmlak bazarında kredit şərtlərindən neçə faiz insanın istifadə etdiyini bilmək mütləqdir: "Lakin mənzillərin kreditlə satış şərtlərindəki məhdudiyyətlər mənzil bazarında qiymətlərin ucuzlaşacağı anlamına gəlmir. Çünki Bakı şəhərinin "Sovetski" adlanan ərazisində yaşayış evləri sökülür və insanların əmlak bazarına daxil olaraq mənzil alması məsələsi gündəmdədir. Bu isə qiymətləri artıran amildir".
Mərkəzi Bankın avtomobillərin kreditlə satış şərtlərində etdiyi müəyyən dəyişikliklərə münasibət bildirən ekspertin fikrincə, indiki halda avtomobillərin qiymətlərinin nəinki 80%-nin, hətta 50%-nin də nəğd şəkildə ödənilməsini tələb etmək maşın bazarının aktivliyi üçün ağır şərtlərdir: "Təbii ki, bu məhdudiyyətlər maşın bazarına təsir göstərəcək. Lakin qeyd edim ki, cari ilin yanvar ayının 1-dən "Avro 3"-ə keçidlə bağlı maşın bazarında qiymətlərin ucuzlaşması müşahidə olunub. İndiki halda yeni şərtlər əvvəlkinə nisbətən, yüngülləşdirilmiş hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB