Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Sumqayıt, Xırdalan, Gəncə, Samux, Ucar, Kürdəmir, Yevlax, Xaçmaz, Samux, İmişli, İsmayıllı, Masallı, Cəlilabad, Zaqatala, Şəki, Xudat, Qax, Füzuli və Tərtərdə, eləcə də Bakının Nəsimi, Səbail, Xətai, Qaradağ rayonlarında mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 780 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
İstehlakçılardan xahiş olunur ki, istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə bu barədə məlumat versinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB