“WCFDavos Kyiv” forumunun gündəliyi açıqlandı

“WCFDavos Kyiv” forumunun gündəliyi açıqlandı

Kiyevdə təşkil olunacaq kommunikasiya forumu ("WCFDavos Kyiv") çərçivəsində "Rəqəmsal effektivlikdən biznes effektivliyinə. Yeni pullar" mövzusunda panel müzakirəsi keçiriləcək. "WCFDavos Kyiv"-dən SİA-ya verilən məlumata görə, hazırda kommunikasiyada səhvlərin aradan qaldırılması baha başa gəlir və toplanan anlaşılmazlıq narazılığa səbəb olur: "Buna sübut kimi Ukraynada son hadisələri göstərmək olar. Məhz bu səbəbdən hazırda kommunikasiya sahəsində dünyada baş verən tendensiyaları bilmək və onların Ukraynada icrası üçün mexanizmlər tapmaq olduqca vacibdir. Cari ilin mart ayının 14-də keçiriləcək Davos Kommunikasiya Forumu ("WCFDavos Kyiv") – biznesdə, ictimaiyyət sektorunda və rəqəmsal məkanda effektiv həllərin axtarışına dair meydançadır. Forumun müzakirə panellərinin biri ən tez inkişaf edən və tələbatı çox olan rəqəmsal kommunikasiyaya həsr ediləcək. Ukraynada ilk dəfə olaraq dünya mütəxəssisləri rəqəmsal reallığa dair bilikləri ilə bölüşəcək və rəqəmsal marketoloqlar üçün "Big Data"nın üstünlükləri barədə söz açacaqlar".

Məruzəçilər sırasında rəqəmsal və sosial media liderliyi ilə məşğul olan "cc:catalfamo" butikinin rəhbəri, rəqəmsal kommunikasiya sahəsində tanınmış mütəxəssis Cianni Katalfamo, "Effie Awards" versiyasına görə, strateji planlaşdırma üzrə Ukraynanın ən effektiv rəqəmsal agentliyi olan "Aimbulance"ın icraçı partnyoru və direktoru Roman Qavriş, web-strategiya və elektron biznes inkişafı sahəsində məsləhət xidmətləri göstərən "Lars Hilse" şirkətinin (Almaniya) təsisçisi və rəhbəri Lars Hils olacaq. Panelin moderatoru isə "AGAMA communications" marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupunun rəqəmsal direktoru Oksana Qorbaçdır

eyd edək ki, "WorldCommunicationForumDavos" ("WCFDavos") – kommunikasiya sahəsində effektiv həllərin axtarışına dair meydançadır. Bu tədbir 2010-cu ildən etibarən Ümumdünya İqtisadiyyat Forumundan bilavasitə sonra həmin zalda keçirilir. "WCFDavos" hər il kommunikasiya sahəsində 3 mindən artıq mütəxəssisi bir araya gətirir. Foruma hər il 5 qitənin 42 ölkəsinin nümayəndələri qatılır. Forumun Əlaqələndirici Komitəsinin tərkibinə 20 ölkədən 29 mütəxəssis daxildir. "AGAMA communications" – marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupu 2013-cü ilin noyabr ayında təsis edilib və "Atlantic Group" kommunikasiya şirktinə daxil olan 15 agentliyi birləşdirir. Qrup media-ekspertizanın gücləndirilməsi, kreativin, texnologiyaların və sahibkarlığın inteqrasiyası üçün yaradılıb. Qrupa daxil olan agentliklər müxtəlif miqyaslı inteqrasiya olunmuş layihələr həyata keçirir. "Pleon Talan" – kommunikasiya agentliyi – "Ketchum" şəbəkəsinin Ukraynada eksklüziv təmsilçisi – dünyanın qocaman və iri kommunikasiya şirkətlərindən biridir. "Pleon Talan" – Ümümukrayna Reklam Koalisiyasının reytinginə əsasən "İlin marketinq şirkəti 2013" tituluna, Ukraynanın marketinq xidmətlərinin ən effektiv agentliyi və Ukraynanın ən kreativ agentliyi adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə