"2013-cü il ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 2 201 571 619 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 101,98 faiz vəsait toplanıb. Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilən qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Həmin dövr ərzində yaranan debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir". SİA-nın xəbərinə görə, bunu ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev yap.org.az saytına verdiyi müsahibəsində istehlak olunan qazın dəyərinin istehlakçılar tərəfindən ödənilməsi sahəsində vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, güzəştsiz əhali üzrə 1 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc il ərzində 7,2 faiz azalıb: "Yığım faizi isə 102,9 faiz olub. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104 faiz, regionlar üzrə isə 101,9 faizdir. 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, əhali sektoru üzrə 110 686 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır".
İB-nin baş direktoru onu da qeyd edib ki, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9048,1 km yeni qaz kəməri quraşdırılıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir: "Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 1774,7 km qaz kəməri əsaslı təmir olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB