Azərbaycanda mədənçıxarma sahəsində istehsal 0.7 % artıb

Azərbaycanda mədənçıxarma sahəsində istehsal 0.7 % artıb

2013-cü ildə Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 24,9 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu göstərici əvvəlki ilin səviyyəsini 0,7% üstələyib.

Sahənin əsas məhsulu olan xam neft hasilatı 43,1 mln. ton olmaqla 0,2%, əmtəəlik təbii qaz hasilatı isə 17,9 mlrd. kubmetr təşkil etməklə 3,6% artıb.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən ötən il 2,0 mln. ton tikinti qumu, 382,1 min ton inşaat üçün əhəng daşı, 1,6 ton qızıl, 630,0 kq gümüş və s. istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə