Vahid Əhmədov: “Davos iqtisadi forumu Azərbaycanın dünyaya inteqrasiyası üçün əhəmiyyətlidir”
"Davos iqtisadi forumu demək olar ki, dünya iqtisadiyyatını təhlil edir". SİA–ya açıqlamasında millət vəkili Vahid Əhmədov belə deyib.
Onun sözlərinə görə, dövlət başçıları bu forumda mütəmadi olaraq iştirak edir: "Bu forumun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, dünyada gedən iqtisadi proseslər təhlil olunur, perspektivlər üçün yol açılır, müəyyən planlar tərtib olunur. Dövlət başçılar ilə fərdi olaraq görüşlər keçirilir".
Vahid Əhmədov onu da qeyd edib ki, bir çox məşhur şirkətlər bu forumda iştirak edib, eyni zamanda Dövlət Neft Şirkəti də burada təmsil olunub: "Davos iqtisadi forumu müəyyən müqavilələrin imzalanması və əməkdaşlıq üçün əhəmiyyətlidir. Bu forumda dünyada gedən iqtisadi proseslərə diqqət yetirilib və qiymət verilib. Azərbaycan isə dünyaya inteqrasiya edən bir dövlət olduğu üçün bu forum dövlətimiz üçün əhəmiyyət oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB