Əli Məsimli: “Azərbaycanın Davosda keçirilən iqtisadi forumda ən yüksək səviyyədə təmsil olunması müsbət haldır”
"Yanvarın 22-də sayca 44-cü Dünya İqtisadi Forumuna start verilib". Bunu SIA-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib. Onun sözlərinə görə, Davos iqtisadi forum yanvarın 25-dək davam edəcək: "Forumda 100-dən çox ölkədən təxminən 2,5 min nümayəndə heyəti, o cümlədən onlarla prezident və hökümət başçıları, beynəlxalq təşkilatlar və ictimai xadimlər iştirak edir. Forum çərçivəsindəki sessiyalarda daha çox 4 əsas mövzu diqqət yetirilir. İnnovasiyanın müasir həyata təsiri, qlobal inkişafın perspektivləri, iqtisadi proseslərdə vətəndaş cəmiyyətinin iştirakı, dünya əhalisinin artması ilə bağlı "9 milyard" məsələsidir. Bu aktual mövzularla yanaşı ümumi maliyyə durumu, qlobal enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri kimi ciddi məsələlər də müzakirə olunur".
Əli Məsimli daha sonra qeyd edib ki, Azərbaycanın Davosda keçirilən Dünya İqtisadi Forumunda ən yüksək səviyyədə təmsil olunması müsbət haldır: "Davos Forumunun səviyyəsi çox yüksək olduğundan, burada əksəriyyəti qane edən səviyyədə çıxış etmək, mürəkkəb kombinasiyalı suallara cavab verə bilmək hər adama nəsib olmur. Amma çox yaxşı haldı ki, Azərbaycan prezidentinin bu mötəbər Forumdakı çıxışları Azərbaycanın imicinə müsbət hal gətirir. Bu həm, Azərbaycanın potensial imkanlarının ən yüksək tribunalardan birindən həmin tribunaya adekvat səviyyədə sərgilənməsi, həm də, Azərbaycan imicinə müsbət halların gətirilməsi baxımından çox önəmlidir. Bundan əlavə Davos Forumu zamanı ölkə başçısı İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılar, işgüzar dairələrin nümayəndələri ilə də görüşləri yeni əlaqələrin başlanğıcı və əvvəlki əlaqələrimizin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB