“Azərsu” ASC: keçən il sayğaclaşma səviyyəsi 57 %-ə çatıb

“Azərsu” ASC: keçən il sayğaclaşma səviyyəsi 57 %-ə çatıb

2013-cü ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 80 min və ya 7 faiz artıb. Qurumdan SİA-ya verilən xəbərə görə, 1 yanvar tarixinə olan məlumata əsasən, ölkə üzrə 1218143 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1177236-ı və ya 97 faizini əhali, 40907-i və ya 3 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.

İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilən su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

2013-cü ildə sayğaclaşma səviyyəsi 9 faiz artaraq 57 faizə çatıb. Yanvarın 1-nə olan məlumata görə, su təchizatı xidməti göstərilən abunəçilərin 670 mini sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abunəçiləri üzrə 54,6 faiz, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 85,5 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə