Azərbaycanda su və elektrik enerjisi tariflərinin bahalaşması gözlənilmir RƏSMİ MÖVQE
"Azərbaycanda su və elektrik enerjisinin tariflərinin bahalaşması gözlənilmir". SİA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev belə deyib. Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir: "Azərenerji" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb".
Qeyd edək ki, ötən gün bəzi mətbuat orqanlarında yayılan məlumatlara görə, fevralın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB