Ekspert: “2014-cü ildə xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracatı genişləndiriləcək ”

Ekspert: “2014-cü ildə xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracatı genişləndiriləcək ”

"Azərbaycan həm qonşu, həm də dünya ölkələri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrini daima genişləndirir". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib.

Onun sözlərinə görə, ən əsası Azərbaycan artıq dünyada müstəqil iqtisadi və hüquqi subyekt kimi tanınır: "Bu ildə Azərbaycanda xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracatının və qonşu ölkələrin bazarlarında azərbaycanlı iş adamlarının fəaliyyətinin genişləndirilməsi proqnozlaşdırılır. Bu baxımdan 2014-cü ildə Azərbaycan ixracatında qeyri-neft sektorunun artımı kimi yadda qalacaq".

Qeyd edək ki, xarici ticarət dövriyyəsinin 61,0 faizi inkişaf etmiş, 39,0 faizi inkişaf etməkdə olan ölkələrin dövriyyəsinin hesabına formalaşıb. Bu dövr ərzində dünyanın 132 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 83 ölkəyə əmtəə ixrac, 121 ölkədən idxal olunub. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16,3 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə