Ötən il icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 55,8 min olub
2013-cü ildə icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 911,9 mindən çox olub. İcbari Sığorta Bürosundan SİA-ya verilən məlumata görə, 2013-cü ilin dekabr ayı ərzində 55,8 min avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanıb ki, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edob. Göstərilən dövrdə bağlanan icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,9 milyon manatdan çox olub.
Ümumilikdə 2013-cü ilin yanvar-dekabr ayları ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə 911,9 mindən çox sığorta müqaviləsi bağlanıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 69,3 milyon manat təşkil edib.
2012-ci illə müqayisədə AVSMMİS üzrə 2013-cü ildə sığorta müqavilələrinin sayında 0,5%, sığorta haqlarının məbləğində 3,6% azalma müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB