Bərdənin maşın bazarında canlanma müşahidə olunur

Yeni il qabağı Bərdənin maşın bazarında xüsusi canlanma müşahidə olunur. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, alıcılar yeni avtomobilə sahib olmaq, satıcılar isə köhnəni satıb yeni minik maşınları alaraq yeni ili yeni avtomobillərlə qarşılamaq istəyirlər.

Bazarda əsasən xarici model və markalı maşınlar satılsa da, sovet istehsalı olan avtomobillərə də rast gəlmək olur. Alanlar əsasən xarici markalı avtomobilə üstünlük verirlər. Ancaq qiymətlər alıcıları qane etmir.

Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə