Məhsulların tərkibini yoxlayan labaratoriya faəliyyətə başlayıb

Məhsulların tərkibini yoxlayan labaratoriya faəliyyətə başlayıb

"Bakıda məhsulların tərkibində radiasiyanın dozasını yoxlayan labaratoriya fəaliyyətə başlayıb". SİA-nın məlumatına görə, bu barədə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, labaratoriya cari ilin ilk ayında tam gücü ilə fəaliyyətə başlayacaq: "Labaratoriya MAQATE ilə müştərək yaradılıb: "Geni dəyişdirilmiş məhsulların yoxlanılması üçün yaradılan labaratoriya çoxdan hazır vəziyyətə gətirilib. Lakin müəyyən normativ sənədlər bazası olmadığına örə tam şəkildə fəaliyyət göstərə bilmirdi. Hazırda həmin sənədlərin hazırlanması istiqamətində işlər aparılıb. İndi bu labaratoriyada yoxlamalar aparılır. Labaratoriyada ərzaq, bitki məhsulları və toxumlar yoxlanılır".

Bütün xəbərlər Facebook səhifəmizdə