"İxtiraçılıq sahəsində I Respublika Müsabiqəsi"nin qalibləri mükafatlandırılıb
Bu gün Bakıda "İxtiraçılıq sahəsində I Respublika Müsabiqəsi"nin qaliblərinin təltifetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə müsabiqə ilə bağlı çıxış edən Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd ixtiraçıları daha da həvəsləndirməkdir.
Onun sözlərinə görə, ilk dəfədir ölkəmiz belə bir müsabiqə keçirilir: "Lakin çalışacağıq ki, müsabiqə hər il keçirilsin. Müsabiqənin keçirilməsi heç də təsadüfi deyil. Ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual, elmi potensial yaratmaq və bu istiqamətdə davamlı inkişafı təmin etmək dövlət siyasətinin başlıca vəzifələrindəndir".
Daha sonra çıxış edən AzPatentin direktoru Miryaqub Seyidov bildirib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 36 patent təqdim edili.
Tədbirin davamında 3 nəfərə 3-cü dərəcəli diplom, 2 nəfərə 2-ci dərəcəli diplom, 1 nəfərə isə 1-ci dərəcəli diplom təqdim edilib.
Daha sonra tədbirdə çıxış edən millət vəkili Ziyad Səmədzadə tədbirin əhəmiyyətindən söz açaraq deyib ki, belə bir müsabiqənin keçirilməsi ixtiraçılar üçün böyük əhəmiyyətə malikdir: "Ölkə iqtisadiyyatında ixtiraçıların da özünəməxsus yeri var. Patent mütəxəssisləri daha da həvəsləndirir. Ölkəmizin mütəxəssislərin təfəkkürünə böyük ehtiyacı var. Düşünürəm ki, bu kimi müsabiqələr daimi keçirilməlidir. Alimlərimizin ixtiralarından istifadə edib digər ölkələrdə patent alanlar var. Bunun qarşısının alınması üçün bu cür tədbirlər xüsusi əhəmiyyətə malikdir".
Qeyd edək ki, müsabiqəni SMPDK və AzPatent birgə keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB