WTI markalı neft bahalaşıb

Dekabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,33 dollar və ya 0,3% artaraq 1 barelə görə 99,55 dollar olub. SİA-nın xəbərinə görə, dekabrın 26-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar və ya 0,1% artaraq 111,98 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə