Bəxtiyar Sadiqov: “Magistratura və doktoranturada təhsil alan gənclərə güzəştlər edilməsi məqbuldur”
"Magistratura və doktorantura təhsili alan şəxslər hərbi xidmətdən azad edilməlidir. Həmin şəxslər hərbi xidmətdən azad edilməsə, bu, elmin inkişafında müəyyən problemlərə səbəb ola bilər". SİA-ya açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov belə deyib.
Onun sözlərinə görə, magistratura və doktorantura təhsili alan şəxslərin hərbi xidmətdən azad edilməsi ölkəmizin bir çox sahələrinin gələcək inkişafına səbəb olacaq: "Uzun müddət bu məsələ Milli Məclisdə müzakirə olundu. Burada müəyyən təkliflər və fikirlər səsləndi. Lakin, fikir ayrılıqları da həmişə olduğu kimi var. Magistratura və doktoranturada təhsil alan gənclərə güzəştlər edilməsi məqbuldur".
Millət vəkili qeyd edib ki, sonradan razılığa gəlinib ki, dövlətimiz müharibə şəraitində olduğu üçün heç kimi fərqləndirmək lazım deyil: "Gənclərimiz hərbi xidmətə yönəlsinlər, ilk növbədə, Vətən borcunu yerinə yetirsinlər. Lakin həmin şəxslər orduda xidmət etdikdən sonra həm psixoloji, həm də yaddaş pozğunluğu cəhətdən problem yaşayır və bildiklərini unudurlar. Hərbi xidməti bitirdikdən sonra elmlə məşğul olmaqdan daha çox işləmək istəyirlər. Elmdə isə bu zaman geriləmələr olur. Elmlə daimi məşğul olmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB