Vüqar Bayramov: “Azərbaycanda çek kitabçalarından istifadə zaman tələb edir”

Vüqar Bayramov: “Azərbaycanda çek kitabçalarından istifadə zaman tələb edir”

"İnkişaf etmiş ölkələrə nisbətən, Azərbaycanda vətəndaşların fərdi bank hesabları azdır". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib.

Onun sözlərinə görə, ölkəmizdə çek kitabçalarının dövriyyəyə buraxılması üçün fərdi bank hesabların olmasına ehtiyac var: "İlk dəfə 80-ci illərdə ödənişləri asanlaşdırmaq məqsədi ABŞ-da çek kitabçalarından istifadə olunmağa başlanıldı. Hazırda Avropa ilə yanaşı, inkişaf etmiş ölkələrdə də çek kitabçalarından geniş istifadə olunur. Lakin Azərbaycanda və MDB ölkələrində çeklərdən istifadə sistemi hələ ki, geniş şəkildə tətbiq olunmayıb. Buna səbəb həmin ölkələrin bu sistemdə təcrübəsinin olmamasıdır".

İqtisadçı-ekspert bildirib ki, hazırda Azərbaycanda vətəndaşlar nağd ödənişlər həyata keçirdikləri üçün bu kitabçalara ehtiyac duymurlar: "Nağd pul dövriyyəsinin genişliyi çek kitabçalarından istifadə səviyyəsinin azalmasına səbəb olan amillərdəndir. Ölkəmizdə çek kitabçalarından istifadə zaman tələb edir. Bunun üçün həm psixoloji, həm də sosial cəhətdən tam hazır olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə