Nazir: "Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5 faizə enib"
"Son 10 ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 3,4 dəfə, adam başına ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, xarici ticarət dövriyyəsi təqribən 9 dəfə artıb". SİA-nın xəbərinə görə, Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev belə deyib.
Nazir bildirib ki, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması nəticəsində ölkə iqtisadiyyatında 156 milyard dollardan çox sərmayə qoyulub: "Bu sərmayənin təxminən yarısını xarici investisiyalar təşkil edir. Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5 faizə enib. Hazırda Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 70 faizdən çoxdur. Azərbaycan qeyri-neft sektoru neft sektorunu üstələyir. Xarici dövlət borcu ÜDM-nin 8,3%-ni təşkil edir və ölkəmizin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfəyədək çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB